DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Ekspert: "Türkiyə-Rusiya əlaqələrinin yaxşılaşması Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcək"

Türkiyə və Rusiya arasında əlaqələrin normallaşdırılması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə müsbət təsir edəcək. Bunu Dailykarabakh-a "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

Onun sözlərinə görə, Türkiyə və Rusiya Dağlıq Qarabağ məsələsində yanaşmalarını razılaşdırmalıdırlar: "Rusiyanın yanaşması Azərbaycan üçün faydalıdır. Rusiya yüksək səviyyədə görüş təşkil etməklə danışıqlar prosesini aktivləşdirib. Bu istiqamətdə müsbət nəticələr gözləyirik".

E.Ələsgərov qeyd edib ki, Türkiyə-Rusiya əlaqələrində gərginlik erməni təbliğatının xeyrinə olub.

Ekspert əlavə edib ki, iki ölkənin yaxınlaşması iqtisadi baxımdan müsbət addımdır: "Bu, Azərbaycanın iştirak etdiyi və maraqlı olduğu enerji layihələrinə müsbət təsir göstərəcək".

XƏBƏRİ PAYLAŞ