DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Almaniya XİN: Dağlıq Qarabağ münaqişəsi özündə eskalasiya potensialını saxlayır

Dağlıq Qarabağ münaqişəsi özündə eskalasiya potensialını saxlayır. Dailykarabakh-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın Xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

Onun sözlərinə görə, Almaniya ATƏT-də sədrliyi dövründə bu təhlükəni aradan qaldırmaq üzrə məsuliyyət daşıyır.

Diplomat təhlükənin barışığın konsolidasiya edilməsi, etimad tədbirlərinin yaradılması və danışıqların tezliklə başlanılması yolu ilə aradan qaldırılmasını mümkün hesab edir.

XƏBƏRİ PAYLAŞ