DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

"Qarabağ"ın baş məşqçisindən qeyri-adi hərəkət (VİDEO)

"İnter"lə "Qarabağ" arasında keçirilən Azərbaycan Premyer Liqasının VII tur matçında qeyri-adi olay baş verib. dailykarabakh-ın məlumatına görə, oyunun sonlarında 88-ci dəqiqədə baş hakim Elvin Əsgərov meydan sahiblərinin qapısına şübhəli penalti təyin edib.

Etirazlara baxmayaraq, Əsgərov qərarını dəyişməyib. Bu zaman Elvin Məmmədov penalti nöqtəsinə yaxınlaşaraq, zərbəni qəsdən qapının üstündən vurub. O, baş məşqçi Qurban Qurbanovun istəyilə bu addımı atıb. Bu vaxt "Qarabağ" 1:0 hesabı ilə öndə olub. Ağdam komandası sonuncu dəqiqədə oyun vəziyyətindən fərqlənərək, 2:0 hesablı qələbəyə nail olub.

XƏBƏRİ PAYLAŞ