DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Rus Pravoslav Kilsəsi: Dağlıq Qarabağ münaqişəsinin dini əsasları yoxdur

Rus Pravoslav Kilsəsi Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində ardıcıl və dəyişməz mövqedən çıxış edir və fikir ayrılıqlarının qanunlar çərçivəsində qarşılıqlı həll yollarının tapılmasına səy göstərir.

Bu, Rus Pravoslav Kilsəsinin Azərbaycanın Rusiyadakı səfirliyinin Pravoslavların Parlamentlər Assosiasiyasının XXIII illik konfransının yekun deklarasiyası ilə bağlı müraciətinə cavab məktubunda bildirilir.

Bu barədə Trend-ə səfirlikdən verilən məlumatda qeyd olunur.

Məktubda qeyd olunur ki, 1993-cü ilədn başlayaraq, Moskva və bütün rusların patriarxının vastəçiliyi ilə Azərbaycan və Ermənistanın dini liderlərinin görüşləri keçirilib. Bu görüşlərdə iştirakçılar dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin dini əsasları yoxdur və siyasi xarakter daşıyır, millətlərarası düşmənçiliyin qızışdırılması isə xristianlıq və islam nöqteyi-nəzərindən günah sayılır.

XƏBƏRİ PAYLAŞ