DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Səfir: İranın Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyib

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İranda ermənilərin idman olimpiadasının keçirilməsinin və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin bu yarışlarda iştirak etməsi barədə məlumatlara münasibət bildirib.

Dailykarabakh-ın məlumatına görə, M.Pakayin mətbuata açıqlamasında bildirib ki, İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi daxili bir tədbirdir və dini azlıqlara hörmət əlaməti olaraq keçirilir:

"Yarışların təşkilat komitəsi Gürcüstan və Ermənistanı qonaq olaraq bu yarışlarda iştirak etmək üçün dəvət edib və bunlardan başqa heç bir ölkə və ya region yarışlarda iştirak etməyib. Hər hansı bir iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılaşdırılmadan həyata keçirilib".

Səfir qeyd edib ki, İran İslam Respublikası idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır: "Və ölkəmizin Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyib. İranın məsul şəxsləri də məhz İranda yaşayan dini azlıqlara hörmət əlaməti olaraq bu tədbirdə iştirak ediblər".

XƏBƏRİ PAYLAŞ