DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Avropa İttifaqından Azərbaycana Qarabağ dəstəyi

"Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və yürütdüyü destruktiv və təxribatçı siyasət münaqişənin həllinə və regionda sülhün və sabitliyin təmin olunmasına xələl gətirir".

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Dailykarabakh-a verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini ilə görüşündə deyib.

Nazir əlavə edib ki, Azərbaycanın münaqişənin həlli üzrə substantiv danışıqların tərəfdarıdır.

Federika Mogerini Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyini və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində maraqlı olduğunu diqqətə çatdırıb.

XƏBƏRİ PAYLAŞ