DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

ATƏT PA-nın məruzəçisi: “Səsvermə çox yaxşı təşkil edilib”

“Azərbaycanda referendumla bağlı səsvermə çox yaxşı təşkil edilib”.

Dailykarabakh-ın APA-ya istinadən verdiyi məlumata görə, bu sözləri Kipr Parlamentinin deputatı, ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin məruzəçisi Haciyanni Kiriakos deyib.

Onun sözlərinə görə, təşkilatçılar səsvermə ilə bağlı mümkün qədər məlumat verməyə çalışırlar: "Seçki məntəqələrində müxtəlif təşviqat materialları yerləşdirilib. Məntəqələr açılandan bəri 4 seçki məntəqəsində olmuşam. Proseduralar dəqiq həyata keçirilir".

XƏBƏRİ PAYLAŞ