DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Azərbaycana 280 km məsafəyə uça bilən ballestik raketlərin texnologiyası gətirilir

280 km məsafəyə uça bilən ballestik raketlərin texnologiyasının Azərbaycana gətirilməsi istiqamətində danışıqlar gedir. Dailykarabakh-ın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Y.Camalov bildirib ki, Azərbaycanın üzərində təcrübə-konstruktor işi apardığı 125 hərbi məmulatla bağlı prioritet layihlər hava-yer, hava-hava, yer-yer raketlər ilə bağlıdır: “Hazırda bu istiqamətdə dünyanın bir neçə aparıcı şirkətləri ilə danışıqlar gedir”.

Y.Camalov deyib ki, Ermənistan ordusu ölüm kabusuna çevrilib: “Hazırda Müdafiə Nazirliyi ilə danışıqlar gedir. Yüzlərlə pilotsuz uçuş aparatları sifariş verilib”.

XƏBƏRİ PAYLAŞ