DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Ermənistanda yeni hökumət bəlli oldu

Ermənistan prezidenti Serj Sarkisyan Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.



Dailykarabakh-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, xarici işlər naziri Edvard Nalbandyan vəzifəsində qalıb.

S.Sarkisyan, həmçinin Viqen Sarkisyanın Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Digər fərmanla V.Sarkisyan müdafiə naziri təyin edilib.

Movses Akopyan isə Silahlı Qüvvələrin Baş Qərargahının rəisi təyin olunub.

XƏBƏRİ PAYLAŞ