DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağa dair bəyanat

ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması prosesini dəstəkləyir. Dailykarabakh-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Elizabet Trudo brifinq zamanı bildirib.

O deyib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri olaraq tərəflərlə fəal işləməyi davam etdirir: "Bizim mövqeyimiz Dağlıq Qarabağ münaqişəsinin özünü Helsinki Yekun Aktının prinsiplərində əks etdirən gücün tətbiq olunmaması, ərazi bütövlüyü kimi beynəlxalq hüquqa əsaslanan ədalətli həllinə yönəlib."

XƏBƏRİ PAYLAŞ