DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin razılığını gözləyir

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsini nizamlanması üzrə növbəti görüşün keçirilməsinə razılıq verəcəklərinə ümid edir.

Dailykarabakh-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Həmsədrin sözlərinə görə, hazırda növbəti görüşün vaxtı və yeri müəyyən edilməyib.

C.Uorlik qeyd edib ki, həmsədrlər Nyu-Yorkda BMT Baş Assambleyasında Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə ayrılıqda görüşlər keçirdi: "Görüşlərdə Vyana və Sankt-Peterburqda əldə olunmuş razılıqlar, eləcə də gələcək addımlar müzakirə olunub. Ayın sonunda regiona səfərimiz zamanı tərəflərlə görüş keçirməyi və məsələləri müzakirə etməyi planlaşdırırıq".

XƏBƏRİ PAYLAŞ