DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Erməni silahlı bölmələri Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıb

Erməni hərbi birləşmələri işğal altındakı Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, təlimlər Ağdam və Ağdərə rayonlarının işğal altında olan ərazilərində keçirilir.

Təlimlərdə ağır artilleriyadan istifadə olunur. Top və minaatanlardan açılan atəş səsləri Ağdamın və ətraf rayonların cəbhəyanı ətraf kəndlərində eşidilir.
Sosial səhifələrdə paylaş

XƏBƏRİ PAYLAŞ