DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Həmsədrlər prezidentlərin tezliklə görüşəcəyinə ümid edirlər

ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentləri ilə qarşıdakı görüşündə tərəflər daha əvvəl Vyana və Peterburqda qəbul edilən qərarları müzakirə edəcəklər.

Bunu Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, həmsədrlər bu ay regiona səfər etməyi planlaşdırır: "Biz uzunmüddətli sülhün bərpa edilməsinin bütün mümkün yollarını müzakirə edəcəyik".

Diplomat ümid etdiyini bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri İlham Əliyev və Serj Sarkisyan yaxın zamanda görüş barədə razılığa gələcəklər və ikitərəfli dialoqu davam etdirəcəklər.

XƏBƏRİ PAYLAŞ