DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Qarabağın tarixini saxtalaşdıranlara - DƏRS 2

1918-ci il mayın 28-də təxminən 120 ilədək davam edən Rusiya əsarətindən sonra Azərbaycan xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlaliyyət bəyannaməsində vaxtı ilə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Rusiya tərəfindən işğal olunmuş Şimali Azərbaycan torpaqlarının qanuni varisi olduğunu bəyan etdi.

İstiqlal bəyannaməsinin birinci maddəsində deyilirdi: "Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir". Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisinin hü­quqi-siyasi cəhətdən əsaslandırılmış xəritəsini nəşr etdirmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Azər­baycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın bütün tarixi ərazisində öz siyasi haki­miy­yətinin bərqərar edilməsinə çalışırdı. Bu zaman yenicə elan olunmuş Ermənistan (Ararat) Respublikası da Qarabağa heç bir əsası olmayan iddia irəli sürdü. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu iddianı rədd etdi. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Ə.M.Topçubaşov (1862-1934) Osmanlı dövlətinin xarici işlər naziri ilə 1918-ci il noyabrın 18-də İstanbulda apardığı danışıqlar zamanı bildirmişdi: "Ermənilərin ortaya atdıqları Qarabağ məsə­ləsi 5 ya 10 kənd məsələsi deyil, mübahisə bütöv 4 sancaq - Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur üstündədir. Bu elə bir xanlığın ərazisidir, burada erməni və müsəlmanların sayı bərabər olmasa da, hər halda ermənilərin mütləq çoxluğu barədə danışmağa əsas yoxdur, özü də onlar bu­ranın yerli əhalisi deyildirlər. Rusiya ilə müharibədən sonra Türkiyədən buraya köçənlərdir… Nəhayət, Qarabağın özündə ermənilər yığcam halda yaşamırlar, müsəlmanlarla qarışıq məs­kun­dur­lar. Bununla belə, biz məsələnin sülh yolu ilə həlli tərəfdarıyıq".

Ermənilər Qarabağı ələ keçirmək üçün əvvəllər başladıqları soyqırımlarını Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdirdilər. Azərbaycan hökuməti yaranmış vəziyyəti nəzərə alaraq 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğu yaratdı. X.Sultanov Qarabağ general-qubernatoru təyin edildi. Ermənistan (Ararat) Respublikasının Xarici işlər naziri S.Tiqranyan Qarabağ general-quber­na­tor­luğu yaradılmasına etirazını bildirmiş, lakin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin cava­bın­da bu etiraz əsassız hesab olunmuş və həmin ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi ol­ması göstərilmişdi. Qarabağ general-qubernatoru ermənilərin ərazi iddiaları ilə yanaşı, əvvəlcə ingilislər, sonra isə amerikanlarla gərgin münasibətlər şəraitində fəaliyyət göstərməli oldu. Lakin er­mənilər Qarabağ general-qubernatorluğu ərazisində sülh yaranmasına imkan vermədilər.

1919-cu ilin sonları -1920-ci ilin yazında Zəngəzurda erməni-daşnak silahlı quldur dəstələri dinc azərbaycanlı əhaliyə qarşı basqınlar və kütləvi qırğınlar törətdilər.

Ermənilər Cavanşir qəzasında da sakitləşmirdilər. Onların qəzanın dağətəyi kəndlərinə hücum­ları adi hal almışdı. Erməni quldur dəstələri 1918-ci ilin yaz-yay aylarında qəzanın düzənlik his­sə­sinin müsəlman əhalisinə qarşı da çoxsaylı zorakılıq aktları etdilər. "Ermənilər Tərtər çayının qabağını kəsərək başqa istiqamətə yönəldir və qəzanın aran kəndlərinin əkinlərini susuz qoyaraq, onlara böyük zərər vururlar. Hətta iş o yerə çatmışdı ki, aran kəndlərində içməli su belə çatış­mırdı".

Qarabağın digər qəzası - Cəbrayılda da erməni silahlıları dinc əhaliyə hücum edirdilər. 1918-ci ilin dekabrında Cəbrayıl qəzasının azərbaycanlı kəndlərinə ermənilərin hücumları genişlənmiş, 1919-cu ilin əvvəllərində daha dağıdıcı xarakter almışdı.

Şuşa qəzası və Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində ermənilərin vəhşilikləri daha amansız şəkil almışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanət­kar silahlı qiyam­ların­dan biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Bu separatçı qiyam Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmışdı. Bu zaman erməni-separatçı qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaraq, onlar Əsgəran qalasını ələ keçirə bildilər. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə xə­ya­nət edən ermənilərin Qarabağda separatçı qiyamları və törətdikləri soyqırımları 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi.

Rusiyada Sovet hakimiyyəti möhkəmləndikcə çar Rusiyası sərhədlərinin bərpa edilməsinə başlandı. Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədlərində möhkəmlənən XI Qırmızı Ordu his­sələrinə respublikanın işğalı planını reallaşdırmaq üçün müvafiq əmr və sərəncamlar verildi. Azərbaycan Parlamenti daxilində sovet dövlətini müdafiə edən qüvvələr və Qarabağda erməni-daşnak separatçılarının qaldırdıqları mart qiyamı Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi. 23 ay yaşamış olan Azərbaycan Xalq Cümhuriyyəti XI Qırmızı Ordunun süngüləri ilə devrildi, Şimali Azərbaycanda sovet hakimiyyəti quruldu. Bununla Qarabağ ətrafındakı ha­disə­lərin yeni mərhələsi başlandı.

Relyefinə görə Qarabağ aran (düzən) və dağlıq hissələrə bölünür. Bu reallıq elmdə də öz təsdiqini tapmışdır. Məsələn, tanınmış qafqazşünas M.A.Skibitskinin oğlu A.M.Skibitski "Qafqaz böhranı" adlı məqaləsində yazır: "Qarabağ xanlığının dağlıq hissəsi o vaxt Dağlıq Qarabağ adlanırdı. Şərqdə Qarabağ dağ silsiləsi, Qərbdə isə Zəngəzur dağları arasındakı torpaqlar, habelə Yuxarı Qarabağla, aran yeri olan Aşağı Qarabağı bir-birindən ayıran Qarabağ yaylası həmin yerə aid idi". Aydın olduğu kimi çar Rusiyası tərkibində olduğu zaman Qarabağın ərazisi, daha doğrusu keçmiş Qarabağ xanlığının torpaqları müxtəlif inzibati bölgülərə məruz qaldığından, "Qarabağ" anlayışı əvvəlki inzibati-siyasi mənasını itirmişdi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) "Qarabağ" anlayışı öz əvvəlki mənasını yenidən özünə qaytardı. Dağlıq Qarabağ termini də bu zaman daşnaklar tərəfindən meydana gətirildi. Bu zamandan "Dağlıq Qarabağ" anlayışı yalnız coğrafi deyil, siyasi maraq da kəsb etməyə baş­ladı. Bolşeviklər Şimali Azərbaycanda hakimiyyəti ələ keçirdikdən sonra bu anlayış inzibati-si­yasi məna kəsb etməyə başlayır, Azərbaycan-Ermənistan münasibətlərində və ona müdaxilə edən Rusiyanın siyasi leksikonunda əsas anlayışlardan birinə çevrilir. Elə bu zaman Dağlıq Qarabağın coğrafi baxımdan əhatə dairəsində də dəyişiklik baş verir. Qarabağ yaylası 1923-cü ildə muxtariyyət almış və Muxtar Dağlıq Qarabağ Vilayəti və ya Azərbaycanın yeni sərhədləri daxilində qısaca olaraq Dağlıq Qarabağ adlanmışdır.

28 aprel 1920-ci il tarixində Azərbaycan Sovet Sosialist Respublikası (Azərbaycan SSR) yaradılmışdır. Faktlar sübut edir ki, 70 ildən artıq Sovet hakimiyyəti dövründə ermənilər öz ərazilərinin Azərbaycan hesabına genişləndirilməsi və azərbaycanlıların öz tarixi torpaqlarından qovulub-çıxarılmasına nail olmuşlar. Məqsədyönlü və sistemli şəkildə həyata keçirilən bu siyasət nəticəsində 1918-1920-ci illərdə 114.000 kv.km ərazisi olan Azərbaycan Sovet dövründə 86.600 kv.km-ə qədər kiçildi.

30 noyabr 1920-ci il tarixində Zəngəzur qəzasının qərb hissəsi Ermənistanın tərkibinə daxil edilmişdir. Nəticədə Naxçıvan bölgəsi Azərbaycanın əsas ərazisindən ayrı düş­müş­dür.

13 oktyabr 1921-ci il tarixində bir tərəfdən Ermənistan SSR, Azərbaycan SSR və Gürcüstan SSR və digər tərəfdən Türkiyə arasında Qarsda Rusiya Sovet Federativ Sosialist Respublikasının iştirakı ilə Dostluq haqqında Müqavilə imzalanmışdır. Müqavilənin 5-ci maddəsində Türkiyə, Ermənistan və Azərbaycan hökumətləri razı olduqlarını bildirmişlər ki, “Naxçıvan vilayəti […] Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir”.

12 mart 1922-ci il tarixindən 5 dekabr 1936-cı il tarixinədək Azərbaycan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) tərkibinə daxil olmuşdur. Azərbaycanın ZSFSR-ə qəbul olunmasına qədər Yeni Bəyazid qəzasının Basarkeçər bölgəsi Rusiya İmperiyası sərhədlərində və Şərur-Dərələyəz qəzasının üçdə iki hissəsi artıq Ermənistana verilmişdi. Azərbaycan ZSFSR-ə qəbul edildikdən sonra Qazax qəzasının xeyli hissəsi, Cəbrayıl qəzası və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (Naxçıvan MSSR) bir sıra kəndləri Ermənistanın tərkibinə daxil edildi.

Xaricdən gələn ermənilərin yerləşdirilməsi bəhanəsi ilə SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixlərində kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-də Kür-Araz ovalığına köçürülməsi haqqında xüsusi qərarlar qəbul etdi. Bu qərarlara əsasən, 1948 və 1953-cü illər ərzində 100 mindən artıq azərbaycanlı zor gücünə öz tarixi doğma torpaqlarından – Ermənistanın dağlıq rayonlarından – o zaman susuz Muğan və Mil çöllərinə köçürülmüşdür.

Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayəti

Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti Dağlıq Qarabağa gəldikdə, Ermənistan SSR-in Azərbaycanın bu hissəsinə olan ərazi iddialarına cavab olaraq, 5 iyul 1921-ci il tarixində Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosu qərar qəbul etmişdir ki: Müsəlmanlar ilə ermənilər arasında milli sülhün zərurətini, Yuxarı və Aşağı Qarabağın iqtisadi əlaqələrinin vacibliyini və Yuxarı Qarabağın Azərbaycanla daimi əlaqələrini nəzərə alaraq, Dağlıq Qarabağ Azərbaycan Sovet Sosialist Respublikası sərhədlərində saxlanılsın və Şuşa şəhəri inzibati mərkəz olmaqla, Dağlıq Qarabağa geniş muxtariyyət verilsin.

7 iyul 1923-cü il tarixində əhalisinin əksəriyyətini ermənilər təşkil edən Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı. Muxtariyyətin inzibati mərkəzi kimi Xankəndi şəhəri müəyyənləşdirildi. 1923-cü ilin sentyabr ayında şəhərin adı dəyişdirilərək, daşnak və “bolşevik” lideri olan Stepan Şaumyanın adı ilə Stepanakert adlandırıldı.

DQMV Kiçik Qafqazın cənub-şərq hissəsindədir. Relyefi, əsasən, dağlıqdır. Vilayətin şimal hissəsini Murovdağ silsiləsinin (Kiçik Qafqazın ən yüksək zirvəsi Gamış dağı - 3.724 m) cənub yamacları, mərkəzi, qərb və cənub hissəsini Qarabağ silsiləsinin şimal yamacları (Qızqala dağı - 2.843 m, Qırxqız dağı - 2.827 m, Böyük Kirs dağı - 2.725 m), şimal-şərq hissəsini düzənliklər (Qarabağ və Mil düzlərinin qərb kənarı) tutur.

12 yanvar 1989-cu il tarixli əhalinin siyahıya alınmasına əsasən, muxtar vilayətin əhalisinin sayı təxminən 189 min nəfər təşkil etmişdir. Onlardan təxminən 139 mini erməni (73,5 faiz), təxminən 48 mini azərbaycanlı (25,3 faiz) və təxminən 2 mini digər millətlərin nümayəndələri (1,2 faiz) idi.

Ermənistanda o vaxt kompakt şəkildə yaşayan 200 000 min azərbaycanlıya isə istər SSRİ-nin mərkəzi hökuməti, istərsə də Ermənistan SSR hökuməti tərəfindən mədəni muxtariyyət vermək­dən belə imtina edilmişdir. Dağlıq Qarabağın erməni əhalisinə qarşı ayrı-seçkilik iddialarına gəldikdə, tənqidi araşdırmalar bunun əksini sübut edir: DQMV özünü idarəetmənin bütün əsas elementlərinə sahib idi. Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936 və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit olunmuşdur. SSRİ və Azərbaycan SSR Konstitusiyalarına əsasən, DQMV-nin hüquqi statusu DQMV Xalq Deputatları Soveti tərəfindən Azərbaycan SSR Ali Sovetinə təqdim edilmiş və 16 iyun 1981-ci il tarixində qəbul edilmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Qanunla tənzimlənirdi. Milli ərazi vahidi kimi DQMV inzibati muxtariyyət formasına və əhalisinin xüsusi tələbatlarının həyata keçirilməsini təmin edən bir sıra hüquqlara malik idi. Keçmiş SSRİ-nin Konstitusiyasına uyğun olaraq, DQMV SSRİ Ali Sovetinin Millətlər Sovetində 5, Azərbaycan SSR Ali Sovetində isə 12 deputatla təmsil olunurdu. DQMV-nin hakimiyyət orqanı olan Xalq Deputatları Soveti geniş səlahiyyətlərə malik idi. O, milli və digər xüsusiyyətləri nəzərə alaraq, vilayətdə yaşayan vətəndaşların maraqları əsasında bütün yerli məsələləri həll edirdi. Erməni dili bütün hökumət, inzibati və məhkəmə orqanları, həmçinin prokurorluğun işində, eyni zamanda vilayət əhalisi əksəriyyətinin dil tələbatını əks etdirən təhsildə də istifadə edilirdi. Erməni dilində yerli televiziya və radio verilişləri, qəzet və jurnalların nəşri təmin edilirdi. 1971-ci ildən 1985-ci ilədək DQMV-nin inkişafına 483 milyon rubl sərmayə qoyulmuşdu. Bu, ötən 15 ildəkindən 2,8 dəfə artıq idi. 1981-1985-ci illərdə ötən 20 il ərzindəkinə nisbətən adambaşına kapital sərmayələrinin həcmi təxminən 4 dəfə artmışdı (1961-1965-ci illərdəki 59 rubla qarşı 1981-1985-ci illərdə 226 rubl). Əvvəlki 15 il ərzində Azərbaycanda mənzil tikintisi adambaşına 3.64 kv.m. təşkil edirdisə, DQMV-də bu rəqəm 4.76 kv.m. idi. 10 000 nəfər üçün xəstəxana çarpayılarının sayı respublikanın digər rayonlarındakından 15 faiz artıq idi. DQMV məktəbəqədər yerlərin sayına görə respublikanın rayonları arasında nisbətən yüksək yer tuturdu. Belə ki, 1971-1985-ci illər ərzində vilayətdə 10 000 nəfərə düşən uşaq müəssisələrinin sayı respublika üzrə orta göstəricidən 1,4 dəfə artıq idi. Bu həmçinin ümumtəhsil məktəblərində 10 000 nəfər əhaliyə olan yerlərin sayına da aiddir və bu məsələdə DQMV 1,6 dəfə irəlidə idi. Ümumiyyətlə, mənzil, mal və xidmətlərin təmin edilməsinə görə DQMV-nin göstəricilərinin respublika göstəricilərindən yüksək olması faktı vilayətin sosial və mədəni inkişafı üçün xarakterik idi. DQMV mənzillərində adambaşı yaşayış sahəsi respublikadakı orta göstəricilərdən təxminən 0,3 dəfə, kənd əhalisinin yaşayış sahəsi isə respublikada kəndlilərə məxsus yaşayış sahəsindən, demək olar, 1,5 dəfə artıq idi. Vilayət əhalisinin daha böyük saylı orta səviyyəli tibbi personalın (1,3 dəfə artıq) xidmətlərindən və xəstəxana çarpayılarından (3 faiz artıq) istifadə etmək imkanı var idi. Mədəni və informasiya xidmətləri göstərən daha geniş şəbəkə (3 dəfə artıq kinoteatr və klub və 2 dəfə artıq kitabxana) mövcud idi. Hər 100 oxucuya 1,6 dəfə artıq kitab və jurnal düşürdü. Əslində DQMV bütövlükdə Azərbaycanla müqayisədə daha sürətlə inkişaf edirdi. Məsələn, 1970-1986-cı illər ərzində respublikada sənaye istehsalı 3 dəfə artdığı halda, DQMV-də 3,3 dəfə artmışdı (artımın sürəti 8,3 faiz yüksək idi). 1986-cı ildə vilayətdə 1970-ci ilə nisbətən 3,1 dəfə artıq daşınmaz əmlak istifadəyə verilmişdi; respublika üzrə bu rəqəm 2,5 idi. Əsas sosial inkişaf göstəricilərinə gəldikdə, DQMV bu sahədə də ümumrespublika yaşayış göstəriciləri standartlarını qabaqlayırdı. Bütün respublikada, o cümlədən vilayətdə mədəniyyət müəssisələrinin inkişafında əhəmiyyətli tərəqqi müşahidə olunurdu. 1988-1989-cu tədris ilində Dağlıq Qarabağda erməni dilini tədris dili kimi istifadə edən 136 orta ümumtəhsil məktəbi (16 120 şagird) və 13 beynəlxalq məktəb (7 045 şagird) mövcud idi. Ümumiyyətlə, Azərbaycanda qeyd olunan tədris ili ərzində 181 erməni (20 712 şagird) və 29 beynəlxalq (12 766 şagird) məktəb fəaliyyət göstərirdi. Xankəndi Dövlət Pedaqoji İnstitutunda əksəriyyəti ermənilərdən ibarət 2 130-dan artıq tələbə Azərbaycan, erməni və rus bölmələrində təhsil alırdı. Bundan əlavə, Dağlıq Qarabağda erməni və rus dillərində təhsil verən onlarla ixtisaslaşdırılmış orta məktəb və peşə hazırlıq məktəbi mövcud idi. Erməni dilində beş müstəqil dövrü nəşr çapdan çıxırdı. Respublikanın dağlıq rayonlarında və paytaxtdan uzaqda yerləşən Azərbaycanın digər inzibati ərazi vahidlərindən fərqli olaraq, DQMV televiziya və radio proqramlarının qəbulu üçün texniki infrastruktur ilə təchiz edilmişdi. Yuxarıda qeyd olunduğu və DQMV-nin Azərbaycanın tərkibində mövcudluğu və inkişafının göstərdiyi kimi, muxtariyyət forması əhalinin spesifik iqtisadi, sosial, mədəni və milli xüsusiyyətlərini və muxtar regionda həyat tərzini tam şəkildə əks etdirirdi.

1828-ci ilə qədər Bakı şəhərində heç bir erməni olmadığı halda 1988-ci ildə 170 min qeydiyyatda, 130 min isə qeydiyyatsız erməni vardı. Bütün Respublikada 500 minə qədər erməni yaşayırdı. Bu 500 min erməni Azərbaycanın bütün ticarət, dövlət idarə və müəssisələrinin rəhbər vəzifələrini tutmuşdular. Uzun müddət onlar Azərbaycan KP Mərkəzi Komitəsi və Bakı Komitəsinin katibləri (hətta birinci katiblər), Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi; Ali Soveti; Xalq Komissarları Soveti; Nazirlər Sovetində müavin, şöbə müdirləri, nazir, komitə sədrləri idarə rəhbərləri və başqa mühüm vəzifələrdə işləmişdilər. Onların Azərbaycanda otuzuncu illərdəki apardıqları repressiya vəhşətlərı 1905-07-ci, 1918-1920-ci illərdə Azərbaycan xalqının başına gətirdikləri fəlakətlərdən qat-qat artıq idi. Ermənilərin Azərbaycanda ən aşağı vəzifələri katib, İcraiyyə Komitəsi sədri maşınlarını sürmək idi. Məktəb bufetindən tutmuş, «İnturist» restoranlarına qədər, milis idarələrindən tutmuş DTK və Baş prokurorluğa qədər vəzifələrin 30 faizini tuturdular və s.

1990-cı ilə qədər Azərbaycanda böyük vəzifələrdə olmuş bəzi ermənilər aşağıdakılardır :

1. A.A.Ayriyan - Azərbaycan SSR Meşə və Ağac emalı sənayesi naziri;

2. V.N.Nersesyan - Bakı şəhər Kirov rayon Partiya Komitəsinin I katibi;

3. N.V.Qabrielyan - Azərittifaqın sədr müavini;

4. A.S.Becanyan- Azərbaycan SSR Prokurorluğu İstintaq İdarəsinin prokuroru;

5. S.M.Q.Ohancanyan - Azərkəndkimya Birliyi sədrinin 1-ci müavini;

6. B.A.Ayrapetov - Bakı şəhər İcraiyyə Komitəsinin sədr müavini, Bakı şəhər Plan İdarəsinin sədri;

7. J.S.Sarkisova - Bakı şəhər Prokurorluğu Məhkəmələrdə Cinayət İşlərinə Baxılmasına nəzarət şöbəsinin prokuroru;

8. R.M.Qazaryan - İslah Əmək Müəssisələrində qanunlara əməl edilməsinə nəzarət şöbəsinin prokuroru.

9. N.A.Melkumyan - Azərbaycan SSR Prokurorluğunun baş mühasibi.

10. L.V.Ohanesyan - Bakı şəhər Prokurorluğu əlahiddə və ümumi hissənin rəisi;

11. A.S.Qevorkyan - Azərbaycan SSR Prokurorluğunun təsərrüfat müdiri;

12. E.S.Qasparyan - Nəqliyyat Qanunlarının icrasına nəzarət üzrə prokuror köməkçisi;

13. E.S.Petrosyan - Azərbaycan SSR Prokurorluğunun baş inspektoru;

14. O.V.Parsadanov - Dövlət Təhlükəsizlik Komitəsi şöbəsinin prokuroru;

15. A.A.Arzumanyan - Bakı Təmir Tikinti Trestinin müdiri, Bakı şəhər Sovetinin deputatı;

16. A.S.Hambarsumov - Azərbaycan KP Lenin rayon komitəsi bürosunun üzvü, rayon Partiya Komitəsinin yanında partiya komissiyasının sədri;

17. R.S.Bagiryants - Xəzərneftqazsənaye Ümumittifaq Sənaye Birliyinin rəisinin müavini, iqtisad elmləri namizədi, SSRİ qaz sənayesi fəxri işçisi;

18. M.B.Bunyatyan - SSRİ Sənaye Tikintisi Bankı Azərbaycan Əməliyyat İdarəsinin rəisi;

19. L.İ.Vartapetyan - Bakı Su Kəməri İdarəsinin rəisinin 1-ci müavini, Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı işçisi;

20. S.N.Haykazyan - Bakı Qaz İstehsal İdarəsinin baş mühəndisi;

21. V.P.Yegizarov - Lenin rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin müavini;

22. A.X.Ohanyan - Bakı Kanalizasiya İdarəsinin baş mühəndisi;

23. R.V.Səfəryan - Sosial-Mədəni Obyektlər tikintisi tresti 9 saylı tikinti idarəsi kompleks briqadasının briqadiri, Azərbaycan KP Bakı səhər Komitəsinin üzvü;

24. N.R.Şahnazaryan - Nizami rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.

Qarabağ qədim zamanlarda əsasən türklər və Qafqaz qəbilələrindən təşkil olunmuş qədim Azərbaycan dövləti olan - Qafqaz Albaniyasının tərkib hissəsi olmuşdur. Yuxarı Qarabağın Xankəndi, Ağdərə, Xocavənd, Şuşa, Düzən Qarabağın Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, həmçinin Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri, numizmatik dəlillər Qarabağın qədim maddi mədəniyyətini, etno-mədəni vəziyyətini, əhalinin sosial-iqtisadi səviyyəsini, məişət şəraitini, ümumiyyətlə, Azərbaycanın bu bölgəsinin iqtisadi, ictimai və mədəni tarixini hərtərəfli əks etdirir.

Albaniyada erkən orta əsrdə (IV əsrdə) xristianlıq dini qəbul edildikdən sonra Azərbaycanın tarixi torpaqları olan Qarabağ ərazisində IV-VII əsrlər tikinti mədəniyyətini səciyyələndirən xristian arxitekturası tipində, memarlıq üslubunda tikililər - alban xristian dini abidələri yaradılmışdır.

Qarabağ ərazisində ayrı-ayrı dövrlərdə müxtəlif dinlər biri digərini əvəz etmişsə də, bunlar öz tarixi-etnik torpağına bağlı olan yerli xalqın tarixi taleyində baş verdiyindən, dinin özü və dini inanclar dəyişsə də, xalq bir qayda olaraq adət-ənənə özəlliyini, milli xüsusiyyətini qoruyub saxlamışdır. Ancaq bu həmişə və hər yerdə eyni olmamışdır.

Bu regionun əsas əhalisi gəlmə ermənilərdən fərqli olaraq, mənşə, dil və mədəniyyət etibarı ilə min illərlə Böyük Qafqaz dağları ilə Araz çayı arasında yaşamış türk mənşəli və Qafqaz dil qrupuna mənsub olan etnik qruplardan ibarət olmuşdur.

XƏBƏRİ PAYLAŞ