DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi aktivləşib

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında diplomatik fəallıq hiss olunur. Dailykarabakh-ın məlumatına görə, bunu Trend-ə eksklüziv müsahibəsində Bakıda səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber deyib.

Diplomat Azərbaycana səfərini müsbət qiymətləndirib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi ilə dünən keçirilən görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət müzakirə olundu:

“Bu səfər zamanı mən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin yaxınlığına olan ərazilərə səfər etmək və həmin ərazilərdə məcburi köçkünlərlə görüşmək istəyərdim. Əvvəlki səfərlərim zamanı mən Bakıda və şəhər yaxınlığında yaşayan məcburi köçkünlərlə grüşmüşəm”.

Xüsusi nümayəndə bildirib ki, sıçrayış olmasa da Rusiya bu vəziyyətdə daha aktivdir və biz görürük ki, dialoq davam edir.

XƏBƏRİ PAYLAŞ