DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Müdafiə Nazirliyindən xəbərdarlıq: Cəbhədə vəziyyət gərginləşib

Oktyabrın 30-da axşam saatlarından başlayaraq erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin "AQS-17" tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub.

Bu barədə Dailykarabakh-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəti cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi bir daha xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

XƏBƏRİ PAYLAŞ