DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinə məxsus PUA məhv edilib

Ermənistan Silahlı Qüvvələrinə məxsus PUA məhv edilib. Bu barədə Dailykarabakh-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, noyabrın 14-ü axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv olunub.

XƏBƏRİ PAYLAŞ