DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarını müdafiə komitəsi yaradılıb

Ermən girovluğunda saxlanılan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiə komitəsi yaradılıb. Dailykarabakh-ın məlumatına görə, komitəyə ilkin olaraq 80 nəfər üzv qəbul edilib. Əlövsət Ağalarov komitənin sədri seçilib.

Müdafiə Komitəsi, həmçinin Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə ali komissarına, Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət qəbul edib. Müraciətdə girovluqda saxlanılan hər iki azərbaycanlının azad edilməsinə yardım etmək xahiş olunur.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb, digər Azərbaycan vətəndaşı D.Əsgərov və əslən azərbaycanlı olan Rusiya vətəndaşı Ş.Quliyev girov götürülüb.

Dağlıq Qarabağda erməni separatçılarının qondarma rejimi tərəfindən qurulan saxta məhkəmənin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

XƏBƏRİ PAYLAŞ