DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Elmar Məmmədyarov: "Qarabağın statusu məsələsini ilk mərhələdə qaldırmaq sülh prosesini öldürmək deməkdir"

"Son vaxtlar Ermənistan tərəfdən xoşagəlməz bəyanatlar gəlir".

Dailykarabakh-ın APA-ya istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bosniya və Herseqovinadan olan həmkarı İqor Çrnadakla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bu bəyanatları izlədiklərini deyib: "Bu bəyanatlar sülh prosesində mənfi rol oynayır. Görüşlərdə danışıqlar bu şəkildə aparılmır. Danışıqların hansı istiqamətində aparılması sirr deyilir. Müzakirə olunan sənəddə də qeyd olunur ki, Ermənistan qoşunları işğal olunmuş ərazidən mərhələli şəkildə çıxarılmalıdır. Status məsələsi də müzakirə olunur. Lakin əgər ilk mərhələdə statusu qaldırsaq, bu sülh prosesini öldürmək deməkdir. Çünki gərək azərbaycanlı icması Qarabağa qaytarılmalıdır. Onlar da oranın sakinləridirlər".

XƏBƏRİ PAYLAŞ