DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Güllələnən abidələrimiz

Bu gün Azərbaycan Qarabağdan başlayır, Qarabağda da qurtarır. Dünya bilməlidir ki, Azərbayjan Qarabağsız olmayacaq! Bu, hər bir azərbayjanlının – müəllimin, həkimin, mühəndisin, fəhlənin, kəndlinin, eləjə də din xadiminin və dindarın qayəsidir.

Qarabağ sevildiyi qədər təbliğ olunmalı, onunla bağlı həqiqətlər bilinməli və bildirilməlidir. Tarix - keçmiş deyil, həm də gələjəyin bünövrəsidir. Tarixi abidələr – istər milli, istər dini – millətin siması, Vətənin rəmzidir. Qarabağın qədim Azərbayjan torpağı olduğu həm də bununla - onun tarixi-dini və mədəni abidələri ilə sübut olunur.

Ermənilər işğal etdikləri ərazilərdəki qədim Azərbayjan abidələrini məhv edir, yerli toponimləri planlı şəkildə dəyişdirirlər. Amma tarix yazısını dəyişdirə bilməyəcəklər. Çünki, gerçək tarix yalnız həqiqətdən keçir, həqiqət isə, birdir: Qarabağ Azərbayjanın tarixi torpağı, ayrılmaz tərkib hissəsidir.
«Güllələnən abidələr» rubrikasının məqsədi Qarabağın tarixi injilərini, dini və mədəni abidələrinin gücü ilə həqiqəti yaymaqdır. Bu, həm də Qarabağın tarixinə qüssəli səyahətdir.
Yəqin, razılaşarsınız ki, bu yola Şuşadan başlamaq daha doğru olardı.

ŞUŞA

Təkcə Qarabağın və Azərbayjanın deyil, bütün Qafqazın gözəl guşələrindən biri Şuşa müdafiə məqsədilə tikilmiş qala-şəhər olmuşdur. Buna görə də təsadüfi deyil ki, bu gün el arasında qədim məkan “Şuşa qalası” kimi də tanınır. 1750-ci ildə Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşir indiki Şuşa şəhərinin yerləşdiyi yerdə - düşmən əlinin çatmayacağı dağ başında böyük qala divarları - istehkam tikdirmək qərarına gəlir. Əvvəllər Qarabağ xanının adına uyğun olaraq “Pənahabad” adlandırılan Şuşanın strateji baxımdan əlverişli yerdə yerləşməsi onu düşmən üçün sərt etmiş, şəhərin inkişafına və milli-mədəni abidələrin tikilməsinə zəmin yaratmışdır.
Qırxqız, Kirs, Murov, Bağqıran, Sarıbaba dağları ilə əhatələnən Şuşa dəniz səviyyəsindən 1400-1800 metr hündürlükdə yerləşir. Şuşa havasının təmizliyi və müalicəvi əhəmiyyəti baxımından Azərbaycanın şəfalı kurort-istirahət mərkəzlərindən hesab olunur.
Ərazisi 289 kv. kilometrdir. Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. Şəhər 8 may 1992-ci ildə işğal edilmiş və vəhşijəsinə dağıdılmışdır.

Dini-tarixi abidələri

1. Hacı Yusifli məscidi (XVIII)
2. “Çöl Qala” məscidi (XVIII əsr)
3. Xoca Mərcanlı məscidi (XVIII əsr)
4. Quyuqluq məscidi (XVIII əsr)
5. Səyidli məscidi (XVIII əsr)
6. Məscid (XVIII əsr)
7. Mərdinli məscidi (XIX əsr)
8. Aşağı Gövhər Ağa məscidi (1874-1875)
9. Culfalar məscidi (XIX əsr)
10. Yuxarı Gövhər Ağa məscidi (XIX əsr)
11. Mamay məscidi (XIX əsr)
12. Köçərli məscidi (XIX əsr)
13. Malıbəyli məscidi
14. Alban kilsəsi
15. Qaybalı məscidi
16. Şirlan məscidi

Tarixi memarlıq abidələri


1. Qala divarı (uzunluğu 8 kilometr)
2. Qala divarı üzərində tikilmiş bürclər (17 ədəd)
3. Qədim üslubda salınmış 17 məhəllə
4. Molla Pənah Vaqifin poeziya evi
5. Xan qızı Xurşudbanu Natəvanın sarayı
6. Mir Möhsün Nəvvabın mülkü
7. Üzeyir Hacıbəyovun ev-muzeyi
8. Bülbülün ev-muzeyi
9. Xalça muzeyi
10. Tarix-diyarşünaslıq muzeyi
11. Qarabağ dövlət tarixi muzeyi
12. Molla Pənah Vaqifin məqbərəsi
13. Turşsu qalereyası
14. 4 karvansara
15. Şahlıq körpüsü
16. Rəsm qalereyası
17. Gəncə qapısı
18. Şor bulaq
19. Nəcəfqulu ağanın mülkü
20. Azərbaycanda ilk realnı məktəbin binası
21. Xan qızı Natəvanın bulaq kompleksi
22. Ağa-Əbdürrəhim ağanın evi
23. Zarıslıda Korun karvansarası
24. Təzə məhəllədə körpü
25. İbrahim xanın mülkü
26. Sadıqcanın qəsri
27. Uluq bəyin evi
28. Ağaböyük xanımın bürcü
29. Malıbəylidə “Qızlar məktəbi”
30. Xan qızı Natəvanın tikdirdiyi “Qaradam”
31. Ağabəyim ağanın qəsri
32. Qasım bəy Zakirin yaşadığı ev
33. Qasım bəy Zakirin qəbirüstü abidəsi
34. Küllü miqdarda gümüş və mis qablar
35. Bəhmən Mirzə Qacarın saray kompleksi
36. Bəhmən Mirzə Qacarın hərəmxanası
37. Bəhmən Mirzə Qacarın tikdirdiyi “Bab” hamamı
38. Qacarların məqbərə kompleksi
39. Leyli qayası
40. Məmməd Həsən ağanın imarəti
41. Qarabağ xanlığının divan kompleksi
42. Hacı Şükürün imarəti
43. Qədimovların mülkü
44. İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi
45. Qarabağ xanının vəziri Mirzə Camal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi
46. Qarabağ qazisinin mülkü
47. Daş kitabələr
48. Ovdan bulağı
49. Xurşudbanu Natəvanın tikdirdiyi həbsxana binası
50. Bayat qalası (1748-ci il)
51. Şahbulaq qalası
52. “Pənahabad” Şuşa qalası (1750-1757-ci illər)
53. İkimərtəbəli karvansara (1888-1889-cu illər)
54. “Dəlik-daş” pilləkən kompleksi
55. Səməd bəy Mehmandarovun Şuşadakı mülkü

Ziyarətgahlar

1. Həzrət Əli kahası (Nəzir kahası)
2. Həzrət Abbas şəfa ocağı
3. Saqqaxana və Pirgah pirləri
4. Seyid Mirfəsih türbəsi
5. Ağadədəli məhəlləsində Mir Mehdi ağanın ocağı
6. Çuxur məhəllədə iki minarəli şəfa ocağı
7. Qasım ağanın ocağı
8. Seyyidli məhəlləsində Seyid Xəlil Seyid Əli oğlunun ocağı
9. Heydər türbəsi

XƏBƏRİ PAYLAŞ