DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

ATƏT-in baş katibi: Dağlıq Qarabağ üzrə Minsk qrupu tezliklə görüş keçirə bilər

ATƏT-in Minsk qrupunun növbəti görüşü yaxın aylarda keçirilə bilər. dailykarabakh-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla ATƏT-in baş katibi Lamberto Zanyer Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Daimi Şurasının iclasında çıxış edib.

Qarabağ nizamlanmasını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katbi Nikolay Bordyuja ilə müzakirə etdiyini deyən L. Zanyer Ermənistan-Azərbaycan sərhədində və regionda zorakılığın artmasından narahat olduqlarını bildirib. “Siyasi rəhbərliklə iş aparmaq lazımdır”, -deyə o vurğulayıb.

O, Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün baş tutacağını da istisna etməyib.

XƏBƏRİ PAYLAŞ