DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Zakir Həsənov düşmən mövqelərini müşahidə edib (FOTO)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiənin ön xəttində yerləşən bölmələrdə olub və üzbəüz düşmən mövqelərini müşahidə edib.

Dailykarabakh-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ərazidəki əməliyyat şəraiti, bölmələrimizin hazırlıq vəziyyəti, qarşı tərəf barədə məruzə edildikdən sonra şəxsi heyətlə görüşən nazir hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb.

Müdafiə naziri çay süfrəsi arxasında əsgərlərlə səmimi söhbət edib və qayğıları ilə maraqlanıb. Sonda nazir ön xətdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya təşəkkür elan edib və Ali Baş Komandanın adından mükafatlandırıb.

Zakir Həsənov düşmən mövqelərini müşahidə edib (FOTO) Zakir Həsənov düşmən mövqelərini müşahidə edib (FOTO) Zakir Həsənov düşmən mövqelərini müşahidə edib (FOTO) Zakir Həsənov düşmən mövqelərini müşahidə edib (FOTO)
XƏBƏRİ PAYLAŞ