DAILYKARABAKH
Hər şey ədalət üçün!

Edqars Rinkeviçs: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün gücləndirilmiş işə ehtiyac var

Dağlıq Qarabağ münaqişəsi nüfuzlu beynəlxalq təşkilatlar fəal cəlb olunmadan həll edilə bilməz. Dailykarabakh-ın məlumatına görə, bu barədə Trend-ə açıqlamasında Azərbaycanda səfərdə olan Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs deyib.

Nazir qeyd edib ki, Latviya öz dəyişməz mövqeyini təsdiq edir: "Dövlətlərin ərazi bütövlüyü - bu, bir nömrəli prinsipdir. Biz hər zaman bütün "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyünü dəstəkləyəcəyik və hesab edirik ki, münaqişələrin yeganə həlli yolu dinc danışıqlardır".

Onun sözlərinə görə, Latviya daim bu məsələni rəsmi Bakı və Yerevanla müzakirə edir:

"ATƏT-in Minsk qrupu tərəfindən işlənmiş prinsiplərə riayət olunmalıdır. Biz Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində atəşkəs rejiminin pozulması hallarından narahatıq. Bu bizi təşvişə salır. Diplomatik planda gücləndirilmiş işə ehtiyac var".

XƏBƏRİ PAYLAŞ