DAILYKARABAKH
Hər şey ədalət üçün!

Berlin Avropa İnstitutunun sədri: Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqlar gücləndirilməlidir. Əsas məqsəd Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması olmalıdır.

Dailykarabakh-ın məlumatına görə, bu fikri AZƏRTAC-a müsahibəsində “Qafqaz və Xəzər Regionunun Araşdırılması üzrə Berlin Avropa İnstitutu”nun sədri Matias Dornfelt deyib.

Almaniyalı eksperti bildirib ki, əgər Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar intensivləşdirilməsə, hərbi münaqişə qaçılmaz olacaq.

XƏBƏRİ PAYLAŞ