DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Sebastyan Kurts: Avstriya Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışacaq

“Avstriya Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, digər münaqişələrdə irəliləyiş əldə olunması üçün bütün səyləri dəstəkləyəcək”.

APA-nın BMT-nın saytına istinadən verdiyi məlumata görə, bu barədə Avstriyanın xarici işlər naziri, ATƏT-nın hazırkı sədri Sebastyan Kurts BMT TŞ-da çıxışında deyib.

“Avstriya Dnestryanı, Gürcüstanda və Dağlıq Qarabağdakı münaqişələrdə irəliləyişin əldə olunması istiqamətində bütün səyləri dəstəkləyəcək. Avstriya ATƏT-də sədrliyə çox çətin məqamda başlayıb. Hara baxırsan, sülh və təhlükəsizliyə qarşı ağır təhdidləri görürsən” – deyə, o, əlavə edib.

S. Kurtsun sözlərinə görə, ATƏT-ə sədrlik etdiyi dövrdə Avstriya mövcud münaqişələrdə gərginliyi azaltmağa, ATƏT üzv ölkələri arasında qarşılıqlı yardım və etimadı bərpa etməyə, radikalizm və qatı ekstremizmlə mübarizədə dövlətlərin səylərini dəstəkləmək üçün platforma yaratmaq üçün yollar axtaracaq: “Çoxtərəfli əməkdaşlıq sülh, təhlükəsizlik və sabitliyə nail olmaq üçün yeganə çıxış yoludur”.

XƏBƏRİ PAYLAŞ