DAILYKARABAKH
Hər şey ədalət üçün!

Elmar Məmmədyarov: Nalbandyan müsbət dəyərləndirmək şansı qoymayıb

Mart ayında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya rəsmi səfəri baş tutacaq.

Dailykarabakh-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə E.Məmmədyarov özü cibutili həmkarı Mahmud Əli Yusiflə birgə brifinq zamanı məlumat verib.

Dağlıq Qarabağ münaqişəsi barədə danışan nazir danışıqlarla bağlı nikbinlik hiss etmir:

“Ermənistanın xarici işlər naziri bizə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müsbət dəyərləndirmək şansı qoymayıb. Moskvaya səfər zamanı münaqişənin həllini müzakirə etmək niyyətindəyəm”.

XƏBƏRİ PAYLAŞ