DAILYKARABAKH
Hər şey ədalət üçün!

Xarkov şəhərində keçirilən tədbirdə Xocalı soyqırımını törədənlərin beynəlxalq tribunala verilməsi istənilib (FOTO)

Xarkov şəhərində Xocalı soyqrımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Ukraynadakı Səfirliyinin mətbuat xidmətindən Dailykarabakh-a bildiriblər ki, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən tədbirdə Xarkov Vilayət Admnistrasiyasının nümayəndələri, Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, nüfuzlu ali təhsil ocaqlarının rektorları, elm və mədəniyyət xadimləri, diaspora və kütləvi informasiya vasitələri nümayəndələri iştirak edib.

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxışında bildirib ki, Xocalı soyqırımına hüquqi-siyasi qiymət verməyən ölkələr tarix qarşısında bu cinayəti törədənlər qədər məsuliyyət daşıyacaq. Son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə Xocalıya ədalət kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını vurğulayıb.

Sonra tədbirə qatılanlar Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ həqiqətləri” filminə baxmaqla ermənilərin Xocalıda törətdikləri misli görünməmiş vəhşiliklə tanış olublar. Xocalı faciəsini qəddarlıq baxımından insanlığa yönəlik faşizm nümunəsi adlandıran Xarkov Milli Daxili İşlər Universitetinin rektoru Valeri Sokurenko, Azərbaycanın Ukraynadakı Səfirliyinin müşaviri Elman Bağırov, Xarkov şəhərindəki Dostluq Cəmiyyətinin sədri Murad Ömərov, Ukrayna Dövlət Nəqliyyat və Dəmiryolu Universitetinin rektoru Sergey Pançenko, Albaniyanın Xarkov şəhərindəki fəxri konsulu Şahin Ömərov və digər şəxslər belə bir ağır cinayəti törədənlərin beynəlxalq tribunal qarşısında cavab vermələrinin vacibliyini vurğulayıb.

Anım mərasimində tədqiqatçı-jurnalist Elşad Eyvazlının Ukrayna dilinə tərcümə olunmuş "Böyüməyən uşaqlar” kitabı tədbir iştirakçılarına təqdim olunub. Xocalıda hər iki valideynini itirmiş uşaqların acı xatirələrindən bəhs edən kitab erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında dəyərli əyani vəsait kimi qiymətləndirilib.

Qeyd olunub ki, Xarkovdakı Azərbaycan Ukrayna Dostluq Cəmiyyətinin sədri Murad Ömərovun təşəbbüsü ilə Ukrayna dilinə tərcümə olunan kitab 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda hər iki valideynini itirmiş 25 uşağın ürəkdağlayan xatirələrindən bəhs edir.

Xarkov şəhərində keçirilən tədbirdə Xocalı soyqırımını törədənlərin beynəlxalq tribunala verilməsi istənilib (FOTO) Xarkov şəhərində keçirilən tədbirdə Xocalı soyqırımını törədənlərin beynəlxalq tribunala verilməsi istənilib (FOTO) Xarkov şəhərində keçirilən tədbirdə Xocalı soyqırımını törədənlərin beynəlxalq tribunala verilməsi istənilib (FOTO) Xarkov şəhərində keçirilən tədbirdə Xocalı soyqırımını törədənlərin beynəlxalq tribunala verilməsi istənilib (FOTO) Xarkov şəhərində keçirilən tədbirdə Xocalı soyqırımını törədənlərin beynəlxalq tribunala verilməsi istənilib (FOTO)
XƏBƏRİ PAYLAŞ