DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Əli Həsənov: “Mehriban Əliyevanın təyinatı Azərbaycan xalqına, dövlətinə töhfələr verəcək”

“Mehriban Əliyevanı birinci vitse-prezident təyin edilməsi münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, bu təyinat Azərbaycan xalqına, dövlətimizə, millətimizə qarşıdakı illərdə töhfələr verəcək”.

Dailykarabakh-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

“Bu təyinat nəticəsində Azərbaycan dövlətçiliyində dinamizmi müşahidə edəcəksiniz. Xaraktercə dinamik insan olan Mehriban Əliyevanın xarakterinin dövlət idarəçiliyinə sirayət edəcəyinin şahidi olacaqsınız”, - deyə Ə. Həsənov qeyd edib.

XƏBƏRİ PAYLAŞ