DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Novruz Məmmədov: “Soyqırım damğasını erməni tarixi daim daşıyacaq”

“Soyqırımı bəşər tarixinin hansı dövründə baş verməsindən asılı olmayaraq, dinc insanlara divan tutaraq qətlə yetirmənin ən dəhşətli formasıdır”.

Dailykarabakh-ın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “facebook” səhifəsində yazıb.

“Belə bir vəhşiliyi 21-ci yüzilliyin astanasında özlərini bir əsrdir soyqırımı “qurbanı” kimi təqdim etməyə cəhd göstərən ermənilərin həyata keçirməsi isə həmçinin onların faciəsidir. Bu soyqırımı damğasını erməni tarixi daim daşıyacaq”, - deyə N. Məmmədov qeyd edib.

XƏBƏRİ PAYLAŞ