DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Müdafiə Nazirliyi: Talış kəndi istiqamətində döyüş gedib, düşmən itki verib

Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu vəziyyəti gərginləşdirmək məqsədilə fəaliyyətini davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Dailykarabakh-a verilən məlumata görə, Ermənistan tərəfi Talış kəndi istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Döyüş toqquşmasında qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib.

Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur.

XƏBƏRİ PAYLAŞ