DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Həmsədrlər Bakıda bəyanat verdilər

“Vyana və Sankt-Peterburqda əldə edilən razılıqlar icra olunmalıdır”.

Dailykarabakh-ın APA-ya istinadən verdiyi məlumata görə, bu sözləri ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.

Diplomat bildirib ki, həmsədrlər Bakıda Azərbaycan prezidenti ilə görüşdə danışıqlar masasındakı ideyaları müzakirə ediblər. O, təmas xəttindəki son durumun müzakirə olunduğunu da söyləyib.

“Danışıqlar prosesi durğun nöqtədən tərpənib”. Bunu isə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti deyib.

Diplomat qeyd edib ki, ABŞ, Rusiya və Fransa birgə səylərini davam etdirəcək: “Əlbəttə, bu, asan məsələ deyil. Bildiyiniz kimi, təmas xəttində gərginlik var. Amma tərəflərin irəli getməyə istəyi var. Fikrimcə, bu, çox vacibdir”.

XƏBƏRİ PAYLAŞ