DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Ermənilər köçürülənə qədər Cənubi Qafqaz heç zaman münaqişə zonası olmayıb

"Ermənilər tarixi Azərbaycan torpaqlarına köçürülənə qədər Cənubi Qafqaz heç zaman münaqişə zonası olmayıb. Ermənilər buraya keçəndən sonra buranı gərginlik ocağı kimi saxlayıblar".

Dailykarabakh-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Yaqub Mahmudov 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi-praktik konfransda çıxışı zamanı deyib.

Erməniləri Azərbaycan ərazisinə köçürən qüvvələrin hər zaman onları müdafiə etdiyini deyən Y.Mahmudov tarixdə ermənilərə qarşı soyqırımın olmadığını, lakin ermənilər tərəfindən dəfələrlə soyqırımın törədildiyini söyləyib:

"Ermənilərin törətdiyi faktlar bütün dünya tarixi üçün silinməz ləkədir. Uşağın ananın bətnindən çıxarılıb anaya yedizdirilməsi harada görünüb?! Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verib. Lakin ona hələ də beynəlxalq səviyyədə tam qiymət verilməyib".

XƏBƏRİ PAYLAŞ