DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Novruz Məmmədov: 1918-ci ildəki soyqırım hadisələrinə böyük dövlətlər göz yumdu

"XX əsrin əvvəllərində, eləcə də 1918-ci ildə erməni cəlladları tərəfindən insanlığa qarşı törədilən qanlı soyqırım hadisələrini unutmamalıyıq".

Dailykarabakh-ın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Tvitter" səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Təəssüf ki, o zaman böyük dövlətlər bu qırğınlara göz yumdu. Hadisəni törədənlər isə cəzasız qaldılar. Bundan istifadə edərək ermənilər əsrin sonlarında Xocalı soyqırımını törətdilər. Bu cür hadisələrin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyəti hərtərəfli məlumatlandırmalıyıq".

PA rəsmisi vurğulayıb ki, beynəlxalq birlik və böyük dövlətlər ədalətli mövqe tutmalıdır.

XƏBƏRİ PAYLAŞ