DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Lavrov: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ölkələrin siyasi iradəsindən asılıdır

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistan və Azərbaycanın siyasi iradəsindən və kompromisslərə getməyə hazırlığından asılıdır.

Dailykarabakh-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni mətbuatına müsahibəsində deyib.

Nazir qeyd edib ki, bir çox məsələlər üzrə razılıq əldə olunub: "Bir neçə, amma daha mürəkkəb məsələ qalıb. Lakin aydındır ki, işə yekun vurulması, ilk növbədə, ölkələrin öz siyasi iradəsindən və onların kompromiss qərarlara getməyə hazır olmasından asılıdır".

S.Lavrov bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının fəal iştirakçısı olaraq qalır.

XƏBƏRİ PAYLAŞ