DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

"Ermənistan hər vəchlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlardan yayınmağa çalışır"

"Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın prezidenti Serj Sarqsyan arasında Sankt-Peterburqda keçirilmiş son danışıqlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərini işğal etməsiylə bağlı həlli uzadılmış məsələsinin müsbət həll ediləcəyinə ümid yaratmışdı. Lakin təəssüf ki, bu görüşdən sonra Ermənistan müxtəlif bəhanələrlə danışıqların davam etməsinin qarşısını almağa çalışır".

Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun iki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş "Azərbaycan və Rusiya: zamanın sınağından keçmiş əlaqələr" adlı məqaləsində deyilir.

"Ölkəmiz münaqişənin beynəlxalq hüquq çərçivəsində danışıqlar vasitəsilə sülh yolu ilə həllinin tərəfdarıdır. Buna görə də beynəlxalq ictimaiyyətin bütün məsul üzvlərindən Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində prinsipial mövqe nümayiş etdirmələrini gözləyirik", - məqalədə deyilir. /Report/

XƏBƏRİ PAYLAŞ