DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Mladen İvaniç: ”Dağlıq Qarabağ probleminin həlli üçün beynəlxalq ictimaiyyət birləşməlidir”

Beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün birləşməlidir. Bunu APA-ya müsahibəsində Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Mladen İvaniç deyib.

Onun sözlərinə görə, problemi danışıqlar yoluyla həll etmək yeganə yol olmalıdır.
Konfliktləri həll etmək üçün nə qədər müharibə aparılsa da, işin finalında yenə danışıqlar olur. Mən bu problemin beynəlxalq təşkilatlarda daha fəal şəkildə müzakirə edilməsinin tərəfdarıyam. Bu, əlbəttə ki, asan proses deyil.

XƏBƏRİ PAYLAŞ