DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Allahşükür Paşazadə: Azərbaycan xalqı beynəlxalq səylər nəticə verməzsə, özü ədaləti bərpa etməyə qadirdir

Azərbaycanın dövlət başçısının sülhsevər siyasətini dəstəkləyən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini, ədalətli sülhün bərqərarını istəyən Azərbaycan xalqı beynəlxalq səylər nəticə verməzsə, özü ədaləti bərpa etməyə qadirdir.

Dailykarabakh-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə bu gün “İslam həmrəliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” adlı beynəlxalq konfransda deyib.

A.Paşazadə əlavə edib: "İldönümünü yaşadığımız Aprel zəfəri bunun bariz nümunəsidir. Allah bütün şəhidlərimizə rəhmət etsin! Ali Baş Komandanın əmrinə müntəzir Azərbaycan ordusu bayrağımızı işğal altında olan bütün topraqlarımızda ucaldacaqdır, inşallah. Dədə-baba torpaqlarımıza qovuşub oradakı dini-mənəvi məkanlarımızı bərpa edəcəyik. Dövlət rəhbərimizin dəstək və yardımı ilə Cocuq Mərcanlıda ucaldılacaq məscid xalqımız üçün müjdə olacaq. Böyük qayıdışımızın, şanlı qələbəmizin şəninə veriləcək azanları eşidəcəyimiz zaman uzaqda deyil, inşallah!"

XƏBƏRİ PAYLAŞ