DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimləri başlayıb (FOTO) (VİDEO)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən aprel ayının 16-da qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər başlayıb.

Bu barədə Dailykarabakh Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.



Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

Təlimlər aprelin 21-dək davam edəcək.

Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimləri başlayıb (FOTO) (VİDEO)
XƏBƏRİ PAYLAŞ