DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Moldovanın sabiq ombudsmanı Aurelia Qriqoriuya Azərbaycan–Türkiyə Evini ziyarət edib

Azərbaycan – Türkiyə evinin və “Azəri-türk qadınlar birliyi”nin sədri Tənzilə Rüstəmxanlı Moldovanın sabiq ombudsmanı və Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova filialının rəhbəri Aurelia Qriqoriuya ilə arasında görüş baş tutub.

Dailykarabakh-ın məlumatına görə, görüş zamanı Moldovalı Ombudsman Ermənistan Konstitusiya Məhkəməsinin təşkil etdiyi “Avropa Şurasının üzvü olan ölkələrdə hüquq aliliyi və sərhədlərə dair Avropa standartlarına uyğun mülahizə” adlı beynəlxalq konfransda çıxışına görə ona qarşı təşkil olunan hücumlar haqqında ətraflı məlumat verib və Azərbaycan həqiqətlərini ermənilərin və bütün dünyanın üzünə dediyinə görə, ona olan təzyiqlərdən danışmışdır.

Görüş zamanı Aureliu Qriqoriuya təəsüflə bildirdi ki, Ermənistan parlamentində çıxışından sonra təzyiqlərə və təhdidlərə məruz qalaraq onun Ermənistanı tərk etməsinə əngəllər yaradılmışdır. Hətta, şantaj edilərək ondan Ermənistandan rəsmi şəkildə üzr istənilməsi tələb olunmuş, əks halda qisas alınacağı bildirilmişdir.

Ermənistandakı məlum çıxışından sonra Azərbaycanda qəhrəman kimi qarşılanan və Azərbaycan xalqının sevimlisinə çevrildiyini vurğulayan ATQB sədri Tənzilə Rüstəmxanlı bir daha sabiq ombudmana bu şücaətinə görə dərin təşəkkürünü bildirmiş və gələcəkdə bu istiqamətdə ikitərəfli əməkdaşlığın zəruri olduğunu diqqətinə çatdırmışdır. Söhbət zamanı əsas müzakirə mövzusu qondarma erməni soyqırımının ildönümü ərəfəsində ermənilərin dünya ictimaiyyətinin çaşdırılmasının qarşısının alınması və gələcək qarşılıqlı əməkdaşlıq müzakirə olunmuşdur.

Görüşdə Azərbaycan Ukrayna Alyansının sədri Elmar Məmmədov və Azərbaycan – Türkiyə Evinin icraçı direktoru Toğrul Allahverdiyi iştirak etmişlər.

Sonda qonağa keçmiş millət vəkili Azərbaycan Xalq şairi Sabir Rüstəmxanlının rus dilində yenicə çapdan çıxmış “Vosxojdeniye na plaxu” romanı hədiyyə edilmişdir.

Moldovanın sabiq ombudsmanı Aurelia Qriqoriuya Azərbaycan–Türkiyə Evini ziyarət edib
XƏBƏRİ PAYLAŞ