DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

ATƏT rəsmiləri cəbhədəki vəziyyəti yoxladılar

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 25-də Tərtər rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Dailykarabakh-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqə şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller nəzarət ediblər.

XƏBƏRİ PAYLAŞ