DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Mədət Quliyev: Azərbaycanda digər dövlətlərin maraqlarına xidmət edən casusları zərərsizləşdiririk

Azərbaycanda digər dövlətlərin maraqları çoxdur və təbii ki, burada casuslar da var.

Dailykarabakh-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev deyib.

M.Quliyev qeyd edib: "Casus şəbəkəsi ilə bağlı məlumatlar tərəfimizdən Müdafiə Nazirliyinə verildi. Ancaq bu əməliyyatı Müdafiə Nazirliyinin rəhbərliyi möhtərəm Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirdi".

DTX rəisi bildirib ki, Azərbaycanda digər dövlətlərin maraqları çoxdur və təbii ki, burada casuslar da var: "Ancaq biz onları zərərsizləşdiririk".

XƏBƏRİ PAYLAŞ