DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Prezidentin tapşırığına əsasən yaradılan xüsusi komissiya “Soyqırımı memorial kompleksi”nə baxış keçirib

“Soyqırımı memorial kompleksi”ndə açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi ilə bağlı yaranmış mövcud vəziyyətin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılan komissiya üzvləri iyunun 9-da Qubaya gəliblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun rəhbərlik etdiyi komissiyanın üzvləri “Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsində insan sümüklərinə və sürüşmə hallarının aktivləşdiyi ərazilərə baxış keçiriblər.

Bu gün Quba Rayon İcra Hakimiyyətində komissiyanın iclası olacaq.

Prezidentin tapşırığına əsasən yaradılan xüsusi komissiya “Soyqırımı memorial kompleksi”nə baxış keçirib
XƏBƏRİ PAYLAŞ