DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Azərbaycan Silahlı Qüvvələri 23 min nəfərlik heyəti və ağır texnikanı bir araya yığır

İyun ayının 19-dan döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Dailykarabakh-a verilən məlumata görə, təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

Təlimlər iyunun 24-dək davam edəcək.

XƏBƏRİ PAYLAŞ