DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

ATƏT Minsk qrupu tərəfləri qoşunların qarşıdurma xəttində gərginliyi azaltmağa çağırıb

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tərəflərini qoşunların qarşıdurma xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılmasına gətirib çıxaracaq tədbirləri nəzərdən keçirməyə çağırıb. Dailykarabakh-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə qurumun bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, ATƏT Minsk qrupunun həmsədrləri Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Riçard Hoqland ATƏT sədrinin Şəxsi nümayəndəsi Ancey Kaspşiklə birgə iyun ayında regiona səfər edib. Səfərin əsas məqsədi aprelin 28-i Moskvada baş tutmuş nazirlər səviyyəsində üçtərəfli görüşdən sonra tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində mövqeyini müzakirə etməkdən ibarət idi.

Həmsədrlər iyunun 10-da Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla, iyunun 19-da Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Bundan başqa onlar hər iki ölkənin xarici işlər və müdafiə nazirləri ilə məsləhətləşmələr keçirib. Bakıda onlar həmçinin Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşüb.

XƏBƏRİ PAYLAŞ