DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Elmar Məmmədyarov: Danışıqlar müsbət nəticə verə bilər

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfəri əsnasında münaqişənin həlli prosesi ilə bağlı Azərbaycanın konstruktiv mövqeyi bir daha izah olundu və danışıqlar prosesinin intensivləşdirilməsi barədə geniş fikir mübadiləsi aparıldı. Dailykarabakh-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Trend-ə açıqlamasında deyib.

Nazir qeyd edib ki, xoş niyyətlə aparıldığı təqdirdə, danışıqlar müsbət nəticə verə bilər: Ona görə də biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin xoş niyyət və siyasi iradə əsasında substantiv danışıqları davam etdirmək barədə çağırışını dəstəkləyirik. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin həlli üzrə substantiv danışıqlara hazırdır.

Münaqişənin həlli ilə bağlı ciddi addımların atılmasının artıq çoxdan vaxtıdır. İşğala əsaslanan status-kvo dəyişdirilməlidir. Odur ki, Ermənistan artıq yalan və bəhanələrə son qoymalı, danışıqlarda xoş niyyət və siyasi iradə ilə iştirak etməlidir.

XƏBƏRİ PAYLAŞ