DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Aİ: Dağlıq Qarabağ münaqişəsində status-kvo dayanıqsızdır

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində qurbanlara səbəb olan son atəşkəsin pozulması göstərir ki, status-kvo dayanıqsızdır.

Dailykarabakh-ın məlumatına görə, bu barədə Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, 2 ölkənin liderləri atəşkəs rejiminin saxlanmasına və münaqişənin sülh yolu ilə nizamlanmasına tərəfdar oldularını dəfələrlə bəyan ediblər.

"Aİ həm sözdə, həm də əməldə gərginliyin azaldılmasını və təmkinliyin göstərilməsini gözləyir. Təşkilat ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini tam dəstəklədiyini bildirir və münaqişə zonasında gərginliyin azaldılması üçün tərəfləri dərhal tədbirləri müzakirə etməyə çağıran 19 iyun tarixli bayənata qoşulur", - bəyanatda deyilir.

XƏBƏRİ PAYLAŞ