DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

XİN: Nazirlərin görüşündə danışıqların ciddi və nəticə yönümlü aparılması əsas müzakirə mövzusu olacaq

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında 11 iyul tarixində Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Dailykarabakh-a bildirib ki, görüş yerli vaxtla 19.00-da baş tutacaq.

Görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq.

XƏBƏRİ PAYLAŞ