DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Azərbaycan Ermənistan və Rusiya sərhədçilərinin Dağlıq Qarabağda təlimlər keçməsi barədə məlumatı araşdırır

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) erməni KİV-lərində yayılmış Ermənistan və Rusiya sərhədçilərinin işğal olunmuş Dağlıq Qarabağ ərazilərində birgə təlimlər keçməsi barədə məlumatı araşdırır.

Bunu Trend-in müraciətini cavablandıran XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu məlumat diplomatik kanallar vasitəsilə araşdırılır.

Qeyd edək ki, bir müddət əvvəl,erməni KİV-ləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsinə istinadən Dağlıq Qarabağda İran ərazisindən keçən sərhəd pozucularının qarşısının alınması ssenarisi üzrə təlimlər keçirildiyini bildirmişdi.

XƏBƏRİ PAYLAŞ