DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə predmet danışıqların davam etdirilməsinə razıdır

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə predmet danışıqların davam etdirilməsinə razıdır.

Dailykarabakh-ın məlumatına görə, bunu Trend-ə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüsseldə keçirilmiş görüşü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşünün keçirilməsi təklif edilib və Azərbaycan tərəfi bu təklifə razılığını bildirib: "Həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə təklif hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək. Prezidentlərin görüşündən sonra 2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılıb".

XİN rəsmisinin sözlərinə görə, görüş əsnasında xarici işlər naziri Elmar Məmmədyarov bir daha bildirib ki, münaqişə ilə əlaqədar gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsədrlərin təqdim etdikləri mövcud planlara uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır: "Görüşdə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayib".

XƏBƏRİ PAYLAŞ