DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

XİN: Lapşinin azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmü ilə ədalət təmin olundu

Aleksandr Lapşinin azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmü ilə ədalət təmin olundu.

Bu barədə Dailykarabakh-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev A.Lapşin barəsində məhkəmənin qərarı ilə hökm çıxarılmasına münasibət bildirərkən deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir və məhkəmənin qərarına hörmətlə yanaşılmalıdır: "Birinci instansiya məhkəməsinin qərarı ilə A.Lapşinin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb və ədalət təmin olunub".

O əlavə edib ki, istintaq və məhkəmə prosesində A.Lapşinin bütün hüquqları təmin olunub: "Həmçinin konsulluq münasibətləri haqqında Vyana Konvensiyasına uyğun olaraq A.Lapşinin vətəndaşlığını daşıdığı ölkələrin konsulluq nümayəndələrinə də onunla təmaslar üçün bütün lazımi şərait yaradılıb.

Fürsətdən istifadə edərək, əcnəbi ölkə vətəndaşlarını Ermənistanın propaqanda alətinə çevrilməməyə, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən və işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllərdən kənar durmağa çağırırıq".

XİN rəsmisi bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı aparılan fəaliyyətlərin, işğal olunmuş ərazilərimizdəki qeyri-qanuni əməllərin qarşısının alınması istiqamətində qəti və zəruri milli və beynəlxalq hüquqi təqib xarakterli addımlar bundan sonra da davam etdiriləcək.

XƏBƏRİ PAYLAŞ